09 aprel 2015-ci ildə tarixində Qubadlı rayonundan məcburi köçkün Qəhramanov Anar Səməd oğlundan redaksiyamıza müraciət daxil olmuşdur. Belə ki, məcburi köçkün kimi müvvəqqəti Bakı şəhərində məskunlaşan, əvvəllər sahibkar kimi sonradan taksi sürücüsü kimi fəalliyyət göstərən Qəhramanov Anar Səməd oğlu 2015-ci il 05 fevraldan 6 fevrala keçən gecə ağır buçaq yarası alıb. Hadisədən zərərçəkən olmasına baxmayaraq, onu istintaqa cəlb edib hədələyirlər. Baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinə və Baş Prokurora müraciət etəsə də hər hansı müsbət nəticəsi olmamışdır.
Zərərçəkən Anar Qəhrəmanov müraciətində həmçinin bildirir ki, hüquq mühafizə orqanları qanunun aliliyini, vətəndaşların pozulmuş hüquqlarını qorumaq əvəzinə “korrupsiya mərkəzinə” çevirlib. Bu gün hüquq mühafizə orqanlarina müraciət edirsən ki, sənə hüquqi baxımdan yardım eləsin. Əksər halda zərərçəkən vəziyyətindən səni cinayətkara çevirirlər.
Hakimiyyətin bütün məmurları xalqa xidmət etmək əvəzinə vətəndaşlara problem yaratmaqla məşguldurlar xüsusilə hüquq mühafizə orqanları bu məsələdə daha öndədir. Dərdimi deməyə yer qalmayıb. Rüşvət və qanunsuzluq baş alıb gedir. Azərbaycanda ” pozulmuş hüquqlarının” ancaq pulla bərpa etmək olar.