Azərbaycanda ‘paket maaş’la real maaş arasındakı fərq…

Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bir qrup yüksəkvəzifəli əməkdaşının məhkəməsi dövlət idarələrində “paket maaş” məsələsini yenidən gündəmə gətirib.Azərbaycanda ‘paket maaş’la real maaş arasındakı fərqimages

İqtisadçı Natiq Cəfərli.” Fərhad Əliyevin vaxtında dövlət büdcəsi 2 milyard manat idi, ona görə “paket maaş”ların məbləği də nisbətən kiçik idi. Neft gəlirləri artdıqca, məmurların da iştahı artdı. Azərbaycanda ikili mühasibatın beynəlxalq maliyyə qurumlarının da diqqətini çəkdi. Biz burdakı məbləğləri, həcmi bilmədiyimizdən, “paket maaş”ın bütövlükdə həcmini deyə bilmərik, amma bir neçə il əvvəl Dünya Bankı, Beynəlxalq Valyuta Fondu ölkə iqtisadiyyatının yarısının “kölgə iqtisadiyyatı” olduğunu söyləmişdi. “Korrupsiya sxemləri” vasitəsilə həm büdcə xərcləri şəffaf xərclənməyib, həm də korrupsiya yolu ilə yığılan vəsait məmurlar arasında bölünərək, ölkə iqtisadiyyatına basqı yaradıb: “Bu məbləğlər bazarda rəqabətə qeyri-sağlam təsir edə biləcək həcmdədir”.Artıq “paket maaş” dövriyyəsinin daralmağa başlayır. Neft gəlirlərinin azalması, istər-istəməz, “paket maaş”ın həcmini də azaldır”.

«Femida 007» qəzetinin baş redaktoru, hüquqşünas Əyyub Kərimov vurğuladı ki, bu ciddi qanun pozuntusudur və buna mütləq aydınlıq gətirilməli, üzə çıxan faktlar araşdırılmalıdır: «Nazirlikdə işləyənlərə niyə «paket» verilir? Bu «paketin» məbləğini necə müəyyən edirlər? Bu «paketdə» pensiya hesablanır? Bu formada ödəniş açıq korrupsiyadır. Bu o deməkdir ki, nazirliklərin hamısında açıq korrpusiyaya yol verilir. Dünyanın heç yerində belə bir qayda yoxdur. İzah etsinlər ki, bu ödəniş forması nə deməkdir. Bu maliyyənin mənbəyi hardan gəlir?».