Azərbaycanda insan hüquqlarının pozulması mövzusu AŞPA-da

ASHPA_1429630140Hazırda Avropa Şurası Parlament Assambleyasının yay sessiyası keçirilir. Bu gün AŞ PA Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında məsələni müzakirə edəcək.

Bu gün Parlament Assambleyasının sessiyası keçirilən binada “Avropa Şurası sədrliyindən Avropa Oyunlarına qədər- Azərbaycanda insan hüquqlarının pozulması ili “ mövzusunda müzakirələr təşkil edilir.

Tədbirin təşkilatşıları Almaniyadan AŞ PA üzvü Frank Şvabe, Niderlanddan Tini Kox İrlandiyadan Maykl Maknamara və İspaniyadan Xorqi Xukladır.

Bu tədbirdə Leyla Yunusun qızı Dinara Yunus, Helsinki İnsan Hüquqları Fondundan Dominika Vişavska – Sinarska, “Human Rights Whatch” təşkilatından Georgi Qogia “Amnesty İnternational”dan Con Dailhuzen və Azadıq Radiosundan Kənan Əliyev iştirak edirlər.

Mətləb BALAKİŞİYEV