Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb. Hadisə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan, Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilərək 13 il müddətinə azadlıqdan məhrum edilmiş, 1969-cu il təvəllüdlü Almas Rəhmət oğlu Qafarov xəstəlikdən ölüb.
Daha sonra Almas Qafarov “Qızılağac” Dövlət Qoruğunun Xəzər dənizi ərazisindəki “Kurkasa” adası yaxınlığında İrandan gələn külli miqdarda narkotik vasitələri qəbul edərək həmin adada gizlədib. (apa)