Azərbaycanda daha bir ana doğuş zamanı öldü

Azərbaycanda daha bir ana doğuş zamanı öldü
Gəncədə qadın doğuş zamanı ölüb
 Hadisə şəhərin Abbas Səhhət adına xəstəxanasında qeydə alınıb. Şəhər sakini 1994-cü il təvəllüdlü Səbinə Allahverdiyeva xəstəxanada doğuş zamanı ölüb. Məlumata görə, Allahverdiyeva ilk övladını dünyaya gətirirmiş. Doğuş zamanı ana dünyasını dəyişsədə, uşaq sağ qalıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.