Həbsdə olan məşhur iş adamına bəraət verildi. Bəraət barədə qərarı Gəncə Apelyasiya Məhkəməsi verib.
ANS PRESS-in məlumatına görə, bu barədə “Report”a həmin şəxsin vəkili Adəm Məmmədov bildirib.
Bəraət barədə qərarı Gəncə Apelyasiya Məhkəməsi verib.
Goranboy rayonundan olan iş adamı Müqayis Verdiyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 213.1-ci (vergi ödəməkdən yayınma, xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələri üzrə cinayət işi başlanılıb. 2013-cü ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 9 il 6 ay həbs cəzası verilib.
İş üzrə zərərçəkən qismində “Fəqan Xidmət” MMC göstərilirdi.