İlham Əliyev “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında” Sərəncam imzalayıb.Sərəncam ilə 2018-ci ildən başlayaraq İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil qrantı proqramı təsis edilir.Təhsil alanlar üçün təhsil qrantının say həddi hər il 20 nəfər olmaqla 5 il ərzində 100-ə çatdırılacaqdır.Həmin qrant dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, tibbi yardım və ildə bir dəfə ölkələrinə gediş-gəliş xərclərini əhatə edir.
Related Posts
16 milyon manat da medal alanlarımıza gedəcək .
- admin
- 22/05/2017
- 0
Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları 75 qızıl, 50 gümüş, 37 bürünc medal […]
Tibbi işçilərini aldadıb, pullarını düzgün vermirlər
- admin
- 11/05/2020
- 0
ADR sədri Qubad Ibadoğlu Tibbi işçilərini aldadıb, pullarını düzgün vermirlər. Onların əmək haqqına əlavələr aylıq […]
Emin Aslan “bandotdel”də başına gələnləri danışdı
- admin
- 08/06/2018
- 0
“Məni “bandotdel”də əsasən “Meydan TV”, Amerikada təhsil almağım barədə sorğu-sual etdilər”, – bunu gənc fəal […]