Azərbaycan və İran aralarındakı ticarət əlaqələrin inkişafı üçün Tehranda ortaq bir bank qurmağı planlaşdırır.
İran İslam Respublikasının Bakıdakı səfiri, yaxın bir gələcəkdə İran və Azərbaycan Respublikasının ortaq bank quracağını söylədi.
Mehr Xəbər Agentliyinin xəbərinə görə, Müstəqil Dövlətlər Birliyi ilə ticarət konfransında danışan İran İslam Respublikasının Bakıdakı səfiri Mohsen Pakayin, İran və Azərbaycan Respublikası arasındakı ticarət əlaqələrin inkişaf etdirilməsi üçün çalışdıqlarını və bu mövzuda iki ölkənin milli pul vahidlərini istifadəsini planladıqlarını ifadə etdi.
Pakayin sözlərinin davamında, İran və Azərbaycan Respublikası arasındakı ticarət həcminin 500 milyon dollar ətrafında olduğunu və yaxın bir gələcəkdə isə Tehranda İran və Azərbaycan Respublikası ortaq bankının yaradılmasını planladıqlarını söylədi.
Mətləb BALAKİŞİYEV