Azərbaycan – Qazaxıstan oyunun türk hakimləri idarə edəcək.

Prosineçki millimizin start heyətini açıqladı.

Bu gün Türkiyənin Antalya şəhərində keçiriləcək Azərbaycan və Qazaxıstan milli komandaları arasında yoldaşlıq oyununu türk hakimlər idarə edəcək.images (75)

ANS PRESS-in məlumatına görə, oyununu idarə edəcək Ali Palabıyık Bakıya bir dəfə səfər edib.

Robert Prosineçki qazaxlarla oyun üçün millinin start heyətini açıqlayıb.

Türk referi Avropa Liqasının 2015/16 mövsümündə keçirilən “Neftçi” – “Mladost” (Çernoqoriya) oyununu idarə edib. I təsnifat mərhələsi çərçivəsində baş tutan oyun 2:2 hesabı ilə başa çatmışdı. Çernoqoriyadakı cavab oyunu 1:1 hesabı ilə yekunlaşdığı üçün “Neftçi” mübarizəni dayandırmalı olmuşdu.

Həmin qarşılaşmanın 33-cü dəqiqəsində Kamal Qurbanovu cəzalandıran Ali Palabıyık rəqib komandadan 3 futbolçuya sarı vərəqə göstərmişdi. “Neftçi” – “Mladost” oyununda Ali Palabıyıka yardım etmiş yan xətt hakimlərindən biri – Ceyhun Sesigüzel Azərbaycan – Qazaxıstan matçında da iş başında olac

Ali Palabıyık

Matçı türkiyəli FIFA referiləri idarə edəcək:
Baş hakim: Ali Palabıyık
Baş hakimin köməkçiləri: Ceyhun Sesigüzel, Kerem Ersoy
Dördüncü hakim: Halil Umut Meler

Bu arada millimizin baş məşqçisi Robert Prosineçki qazaxlarla oyun üçün yığmanın start heyətini açıqlayıb.

Azərbaycan: Kamran Ağayev, Rəşad Sadıqov, Bədavi Hüseynov, maksim Medvedev, Arif Daşdəmirov,  Qara Qarayev, Araz Abdullayev, Dmitri Nazarov, Əfran İsmayılov, Ağabala Ramazanov, Ruslan Qurbanov.

Xatırladaq ki, sözügedən matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. (xeber.az)