Azərbaycan iqtisadiyyatı bu il də kiçiləcək

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Regional Economic Prospects” adlı hesabat yayıb. Hesabatda 2017-ci ildə Azərbaycanın Ümumi Daxili Məhsulunun (ÜDM) 0,5% azalacağı proqnozlaşdırır.

O da qeyd edilir ki, sərt pul-kredit siyasəti, manatın likvidliyi ilə bağlı çətinliklər, bank sektorundakı konsolidasiya prosesi səbəbindən 2017-ci ildə kreditləşmə aşağı səviyyədə qalacaq.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2018-ci ildə Azərbaycanda iqtisadiyyatın artımını 2% səviyyəsində proqnozlaşdırıb.