Azərbaycan iflas edir; Ölkənin ən böyük bankı “bankrot ərizəsi” verib

Azərbaycan iflas astanasındadır. Ölkənin ən böyük bankı – Azərbaycan Beynəlxalq Bankı (ABB) artıq xarici borclarını ödəyə bilmir.  Bunu dünyaca məşhur “Forbes” jurnalı yazıb.

Jurnal ABB-nin son maliyyə durumuna dair məqaləsin də yazır: “Azərbaycan Beynəlxalq Bankı ölkədə valyuta çatışmamazlığı və kəskin böhran üzündən iflas astanasındadır. Bank xarici borclar üzrə ödəmələrini dayandıraraq, kreditorlarla borc müqavilələrinə yenidən baxılması üçün danışıqlara başlayıb.

Beynəlxalq Bank mayın 10-da əsas borc və fazilər üzrə 100 milyon dollarlıq ödəməni gecikdirib. Beynəlxalq Bankın xarici valyutada olan borclarının bir qismi Azərbaycanın dövlət istiqrazları ilə əvəz olunacaq. Amma kredit borclarına yenidən baxılması təklifinin reallaşması zərurət olacaq. Bu, kreditorların hansı qərar verməsindən asılıdır. Bank xarici borcunun üçdə ikisini məhz onlara borcludur.

Bank xarici ödəmələri dayandırması barədə məlumatı “kədərli” adlandırıb və bəyan edib ki, “bankın fəaliyyətini davam etdirməsi üçün təcili tədbirlər görülməlidir”, – deyə “Forbes” yazır.

Jurnal ABB-nin öz borclarını ödəyə bilməməsini Azərbaycanın müflis olması kimi qiymətləndirib və elə bu cür də yazıb: “Azərbaycanın iflası…”