Azərbaycan hökuməti ABŞ Konqresinin “Azərbaycan Demokratiya Aktı” qanun layihəsinin qəbuluna yol verməməsi üçün hər cür tədbirlərə əl atır.

 

Azərbaycan hökuməti ABŞ Konqresinin “Azərbaycan Demokratiya Aktı” qanun layihəsinin qəbuluna yol verməməsi üçün hər cür tədbirlərə əl atır. Bu layihə fevralın əvvəlində konqresmen Kristofer Smit irəli sürüb.

Turan-ın Vaşinqton müxbirinin məlumatına görə, bu məqsədlə Amerikanın Podesta Group lobbi təşkilatı ilə müqavilə bağlanıb. Şirkət Azərbaycanda insan hüquqları və demokratiyanın pozulmasına görə vəzifəli şəxslərə qarşı qanunun qəbuluna yol verilməməsinə yardım etməlidir.

Bakı yüzə yaxın siyasi məhbusu azad etməkdən imtina etdikdən, ümumiyyətlə, bu kateqoriyada məhbusların olduğunu inkar etdikdən sonra Smit qanun layihəsini irəli sürübimages (22)