“Azərbaycan daxilindəki “5-ci kolon”un son repressiyalarda izi var”

Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdin müxalifətin üzərinə hücum baxımından hakimiyyət üçün yeni bəhanə verdiyini deyən G.Hacıbəyli bildirdi ki, Azərbaycan daxilindəki “5-ci kolon” Rusiya və Türkiyə arasında olanimages (98) konfliktdən yenə öz maraqları baxımından istifadə etməyə çalışır. Və baş verənlər demokratik düşərgənin üzərinə yürüşlə yadda qaldı: “Rusiyanın direktivləri ilə hərəkət edən ”5-ci kolon”un fəaliyyəti bu gün də göz önündədir. Öncə Qərbin tərəfdaşı olan QHT sektorunu sıradan çıxaran qüvvələr hazırda demokratik düşərgəni – Milli Şuranı, AXCP-ni hədəfə alıblar. Məqsəd Azərbaycanda, ümumiyyətlə, Avrointeqrasiya kurusunun tərəfdarlarını sıradan çıxarmaqdır. Ümumiyyətlə, bu cərəyanı məhv etməkdir. Bununla siyasi hakimiyyət ömürünü uzatmağa çalışır. Çünki hakimiyyət ölkədə olan iqtisadi böhrana görə çox narahatdır. Ona görə narazılıq pik həddinə çatmış cəmiyyəti qorxudaraq susdurmağı hədəf alıb. Digər tərəfdən, bu vəziyyət Rusiyanın bölgədəki maraqlarına tam cavab verir; Qərblə əməkdaşlıq potensialı olan istənilən qüvvələri sıradan çıxarmaq. Burada Rusiyanın “5-ci kolon”unun imkanlarını genişləndirir, onların əl-qolunu açır. Bu baxımdan baş verənləri bu konteksdə qiymətləndirmək gərəkdir”.