23 iyul 2023-cü il tarixdə Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu saxlanılıb. Saxlanılan zaman Qubad bəyə və hə onun həyat yoldaşına qarşı fiziki təzyiq edilib. Elə həmin gün Qubad İbadoğlunun evində və ofisində axtarış aparılıb. Ertəsi gün isə Nərimanov Rayon Məhkəməsində Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğluya qarşı Cinayət Məcəlləsinin (CM) 204.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsilə ittiham irəli sürülüb. Bu barədə AzadlıqRadiosu-na onun vəkili Zibeydə Sadıqova məlumat verib. Müdafiəçi bildirib ki, axtarışlar başa çatandan sonra iyulun 24-nə keçən gecə ADR sədrinin haqqında şübhəli şəxs qismində tutma qərarı verilib. Axtarışlar zamanı evdən 40 min dollar tapıldığı iddia olunur. İbadoğlu isə həmin vəsaitin ona heç bir aidiyyəti olmadığını bildirib. Vəkili yada salır ki, ADR sədri uzun illərdir ki, Azərbaycanda yaşamırdı, Londonda işləyirdi. O, anasının səhhətindəki problemlərə görə iyulun 1-də ona baş çəkməyə gəlib: “Axtarış aparılan mənzil də sadəcə, rəsmi sənəd üzərində ona məxsusdur. Orada nə baş verdiyindən onun məlumatı yoxdur. Çünki illərdir ora getməyib”. ADR-in ofisi kimi istifadə olunan mənzildən bir sıra sənədlər götürülüb. Vəkilinin sözlərinə görə, onlar İbadoğlunun rəhbərlik etdiyi İqtisadi Tədqiqatlar Mərkəzinin 14-15 il əvvəlki fəaliyyətinə aid sənədlər olub: Məsələ ilə bağlı həm yerli ictimaiyyətdə, həm də beynəlxalq arenada geniş məlumatlar yayılmaqdadır. ABŞ səfirliyi: Biz Azərbaycanı Qubad İbadoğlunun hüquqlarını qorumAzərbaycanın konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq insan hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırırıq”, ABŞ səfirliyinin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsin vəzifəni icra edən Salman Hacı qeyd edib.
Qubad İbadoğlunun Azərbaycan İqtisad Universitetində tələbəsi olmuş, gənc aktivist Elşən Təmrazov bunları söylədi: „Böyük iqtisadçı alimin Azərbaycandakı diktatura rejimi tərəfindən həbs edilməsi sadəcə hakimiyyətin qorxaqlığı və rəzilliyidir. İlham Əliyev və onun komandası onun tənqidlərindən qorxduqlarından, onun beynəlxalq nüfuzundan çəkindiyindən onu həbs etməyə qərar verdi. Təsəvvür edin, Azərbaycanlı professor Amerikada, İngiltərədə dərs deyir, onu Azərbaycanda saxta pul kəsmək bəhanəsilə həbs edirlər. Bu ölkəmizin həqiqətən dəmir yumruqla idarə edildiyini göstərir“.