Azərbaycan bu il ÜDM-nin azaldığı yeganə MDB ölkəsidir və bu, neft hasilatının azalması, maliyyə sektorundakı problemlərlə bağlıdır. Azərbaycanda ÜDM-nin bu il 1 faiz azaldığı qeyd olunur. Gələn ilə 1,8, 2019-cu iləsə 2,3 faiz artım proqnozlaşdırılır.Hesabatda MDB ərazisində inflyasiyanın xeyli fərqli göründüyü bildirilir – Ermənistanda inflyasiya sıfıra yaxın, Azərbaycan və Ukraynada isə ikirəqəmli qiymət artımı qeydə alınıb. Bir çox ölkələrdə valyuta məzənnələrinin möhkəmlənməsinin qiymətlərə təzyiqi azaltdığı vurğulanır.Sənəddə Azərbaycanda və Ukraynada inflyasiyanın uyğun olaraq 12 və 15 faiz səviyyəsində qaldığı bildirilir.Gələn il Azərbaycanda inflyasiyanın 5,9, 2019-cu ildə 7,5 faiz olacağı proqnozlaşdırılır.Ölkədə işsizlik səviyyəsinin isə 5,2 faiz olduğu qeyd edilir.
Related Posts

Hüseynün: İranın Azərbaycanda İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən dəstəklənən yeni hərəkatı
- admin
- 18/10/2021
- 0
Britaniyanın MiddleEastMonitor (MEMO) nəşri “Hüseynün: İranın Azərbaycanda İİKK tərəfindən dəstəklənən yeni hərəkatı” məqaləsində Bakı və […]

23İL SƏBR ELƏMƏK OLMAZ!
- admin
- 24/07/2016
- 0
, Azərbaycanın əməkdar artisti Aybəniz Haşimova Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaranmış duruma görə, […]

Bu gün hər deputat 3000 manatla tətilə çıxıblar.
- admin
- 30/06/2017
- 0
Milli Məclisin bu gün keçirilən sonuncu növbədənkənar iclası başa çatıb. Bununla da parlamentin yaz sessiyası […]