” Azərbaycan adambaşına düşən məhbusların sayına görə Avropada 4-cü sıradadır”.

Oqtay GÜLALIYEV,

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru

Yəqin xəbəriniz oldu. Azərbaycan adambaşına düşən məhbusların sayına görə Avropada 4-cü sıradadır. Ölkəmiz bu göstəriciyə həbsxanasında saxladığı 22.579 məhbusla Avropa Şurasına üzv olan 47 ölkə arasında nail olub. Məlumat etibarlılığı şübhə doğurmayan Avropa Şurasının bir neçə gün öncə açıqladığı illik hesabatda qeyd olunub. “Etibarlılığı şübhə doğrumayan mənbə” ifadəsini ona görə işlədirik ki, bu məlumatı Avropa Şurasına Azərbaycan hakimiyyəti təqdim edib. Yeri gəlmişkən qeyd edim ki Penitensiar Xidmət təmsil etdiyim “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansına bu səpkidə olan məlumatları 3 ildir ki, vermir. Hətta adı çəkilən qurumu məhkəməyə versək də qanunvericiliyə zidd olaraq İnformasiya sorğusunu cavablandırmır.загружено (9)