“Azəravtoyol” 5 milyonluq yolu “nisyə” çəkib?

Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunda işlər. Aprel, 2016

Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunda işlər. Aprel, 2016

 Bu günlərdə Qəbələdə Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolu istifadəyə verilib.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti bu haqda xəbər və videogörüntünü iyunun 22-də rəsmi saytındayerləşdirib. 

Xəbərdə deyilir ki, yolun yenidən qurulması regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı dövlət proqramı çərivəsində “Azəravtoyol” tərəfindən aparılıb. Avtomobil yolunun uzunluğu 12,2 kilometr, eni 6 metrdir.

İyunun 24-də, yol istifadəyə veriləndən təxminən bir ay sonra prezidentin rəsmi saytında elə bu yolun tikintisi ilə bağlı sərəncam yerləşdirilib. Sərəncamda prezidentin ehtiyat fondundan “Azəravtoyol” ASC-ə 5,2 milyon (beş milyon iki yüz min) manat ayrılır.