“Ay hökumət,bu layihənin bir iqtisadi “pasportu” varmı? Qoyulan vəsait neçə ilə geri dönəcək?”

Sumqayıtda 1 milyardlıq zavod ölkəyə nə verəcək?1474982778_1

“Sumqayıtda “SOCAR Karbomid” zavodunun inşası gedir. Yeni zavodun tikintisi yaxşı xəbərdir, iş yerləri açılacaq, ixrac yönümlü məhsul istehsal ediləcək”.

İqtisadçı ekspert Natiq Cəfərli  bu zavod haqda münasibətini bildirib. Onun sözlərin görə, zavodun tikintisinə büdcədən artıq 205 milyon manat vəsait ayrılıb:

“Bundan başqa artıq 201 mln. avro kredit alınıb-xərclənib, indi də əsas bank kimi “EXİM” bankı ilə və Almaniyanın “Deutsche Bank”ı, Fransanın “Societe Generale” və Almaniya-İtaliya bankı olan “UniCredit” bankının iştirakı ilə danışıqlar aparılır, ilin sonuna qədər daha 300 mln. avro kredit ayrılacaq”. 2018-ci ildə məhsul istehsalına başlayacaq zavodun tikintisinə, təqribən, 1,1 milyard manat vəsait xərclənəcək: “Ay hökumət, bu layihənin bir iqtisadi “pasportu” varmı? Qoyulan vəsait neçə ilə geri dönəcək? Nə zaman bu zavod gəlirə çıxacaq? Götürülən kreditlər dövlət zəmanəti ilədir, neçə faizlə verilib? 501 mln. avro kreditin illik faizi, heç olmasa, zavodun illik qazancı qədər olacaqmı?
Bizim hökumətin 23 ildir həyata keçirdiyi layihələrdə SON MƏQSƏDƏ hesablanmış qazanc düşüncəyi yoxdur, bizimkilər layinənin ÖZÜNDƏN qazanırlar, qazanc layihələrin həyata keçirilməsindən olur.
Sonrasını düşünmürlər, buna ehtiyac da duymurlar, pul dövlətin, kredit dövlətin, məsuliyyət dövlətin – bu borcları YAP-a vermirlər ki, dövlətə verirlər, bunlardan sonra hökumət quran qüvvə bilməyəcək ölkənin problemlərini həll etsin, ya bu tənbəl hökumətin borclarını qaytarsın. Ağır dərddir”.