AXCP üzvü həbs olunub.

Artıq iki gündür ki, AXCP Yasamal şöbəsinin fəalı Üzeyir Abbasov 8-ci polis bölməsində saxlanılır.

Həbsindən əvvəl Üzeyir “facebook” səhifəsində bunları yazıb:

“Dostlar, məni Səbail rayon 8-ci polis bölməsinin əməkdaşları aparmağa gəliblər. Qapıdadırlar… Bunu yazıb qapını açıram və aparırlar… Sağ olun… Görüşənədək” Xatırladaq ki, Üzeyir Abbasov əvvəllər də saxlabılıb və siyasi fəaliyyətinə görə təzyiqlərə məruz qalıb.