AXCP üzvü barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib

İyulun 28-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Məmməd İbrahim barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, Məmməd İbrahim Cinayət Məcəlləsinin 186.2.1, 233, 315 və 278.1-ci maddələrin (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) pozmasında təqsirləndirilir.