AXCP sədrinin müavini Tale Bağırzadə ilə birlikdə mühakimə olunacaq
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ilə bağlı cinayət işinin ibtidai istintaqı yekunlaşıb və iş məhkəməyə göndərilmək üzrədir. Bu barədə azadliq.info-ya Qəhrəmanlının vəkili Nemət Kərimli məlumat verib.
Vəkil bildirib ki, istintaq Qəhrəmanlıya CM-in daha bir maddəsi — 220.2 (kütləvi iğtişaşa çağırış) ilə ittiham elan edib.
Fuad Qəhrəmanlı Nardaran hadisəsinə görə həbs edilənlərlə birgə məhkəmə qarşısına çıxarılacaq. Lakin həmin hadisəyə görə tutulanlar çox olduğundan, 2 qrupa bölünərək mühakimə ediləcəklər. Fuad Qəhrəmanlının Müsəlman Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadə ilə birlikdə mühakimə olunacağı deyilir.