AXCP Şəki şöbəsinin fəalları mayın 28-də Cümhuriyyət Günü ilə əlaqədar şəhərin Şəhidlər Xiyabanını ziyarət edib. Bu zaman polislər ziyarətə müdaxilə edərək tədbiri pozmağa çalışıblar. AXCP Gənclər Komitəsi Şəki şöbəsinin sədri Samir Həsənov saxlanılıb.
AXCP Şəki şöbəsinin sədri İslam Həsənovun kamerası zorla əlindən alınıb, tədbirdən çəkdiyi kadrlar silinib. Yaranan mübahisə zamanı səhhəti pisləşmiş İslam Həsənovu Şəki şəhər xəstəxanasına yerləşdiriblər.
“Şəki Şəhər Məhkəməsinin qərarı ilə Samir Həsənova 15 sutka həbs cəzası verilib. Həbsin səbəbi açıqlanmır.”