AXCP Binəqədi rayon şöbəsinin fəalı Elçin Dəmirov zorla polisə aparılıb. Şöbədən verilən məlumata görə, Elçin Dəmirov Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə aparılıb. Şöbədən onu da bildirdilər ki, Elçin Dəmirovun yaşadığı evə gələn Seyfəddin adlı və digər iki polis əməkdaşı AXCP fəalının ailəsinə təzyiq edib, onların ünvanına nalayiq ifadələr işlədiblər.
AXCP fəalı Elçin Dəmirov zorla polisə aparılıb.
