AXCP-çi gənclər və ictimai fəallar izlənir Azərbaycanda 1937 ci il xofu yaraılmağa doğru addım atılır
AXCP-nin Gənclər Təşkilatının üzvü olan bəzi ictimai-siyasi aktiv gənclər siyasi baxışlarına görə təzyiqlərə məruz qaldıqlarını deyirlər. Onlardan biri Murad Həsənov bildirir ki, sentyabrın 11-də müxalifət partiyalarının mitinq keçirdiyi gün səhər Yasamal Rayon Polis İdarəsinə aparılıb. Onun sözlərinə görə, həmin gün daha bir neçə ictimai – saiyasi fəal da saxlanıb və polisə aparılıb. Yalnız aksiyadan sonra sərbəst buraxıldıqlarını deyən Murad Həsənov polisi tez-tez evlərinin yaxınlığında gördüyünü də bildirib. Onun sözlərini digr fəal Rail Behbudov da təsdiq edir. R. Behbudovun sözlərinə görə, işdə izlənir, onun 11 və 17 sentyabr mitinqlərinin aktiv təşkilatlçılarından biri olmasındna sonra evləri demək olar ki, müntəzəm polis nəzarətindədir. Qeyd edək ki, bir neçə gün əvvəl də AXCP üzvü olan bir qurup Sumqayıtlı gənc də polis tərəfindən izlənmələri ilə bağlı mətbuatda məlumat yaymışdırlar.
Bu ölkədə son illər davamlı olaraq davam edən polis basqılarının bir hissəsi hesab edilə bilər. Belə ki, AXCP və Müsavat Partiyasının bir neçə üzvünə hələ bir müddət əvvəl müxalifətin təyin etdiyi mitinqində iştirak etməmək haqqında xəbərdarlıq edilib. APA-nın xəbərinə görə, Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədri Ramazan Əliyev və partiyanın Sabirabad rayon təşkilatının sədri Azər İsmayılova, Sabirabad rayonunda fəaliyyət göstərən AXCP fəalları – Səttar Şahlarov, Sahib Rüstəmov, Tofiq Zeynalov və digər iki nəfərə müxtəlif vaxtlarda mitinqə getməmək haqqında polis tərəfindən xəbərdarlıq olunub. Bu tələbi yerinə yetirmədiyi üçün müxtəlif vaxtlarda Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının fəalları Elçin Səlimov Sumqayıt şəhərindəki 3-cü polis bölməsinə, Rövşən Muradov 1-ci polis bölməsinə, Xanım Mirzəyeva və AXCP-nin Sumqayıt təşkilatının sədri Mahir Qulubəyli isə 4-cü polis bölməsinə də aparılıb.