Avtobusun qapısı açıq qaldı – Sərnişin yıxılıb, öldü

Bakıda avtobusdan yıxılaraq xəsarət alan şəxs xəstəxanada ölüb.1496047255_bez-nazvaniya
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, paytaxtın Nizami rayonu R.Rüstəmov küçəsində Bakı şəhər sakini Cavanşir Məmmədovun idarə etdiyi “Daevoo” markalı 81 saylı xətt avtobusunun sərnişini, paytaxt sakini Cümşüd Haqverdiyev hərəkətdə olan avtobusun açıq qapısından yıxılıb.
Xəstəxanaya yerləşdirilən C.Haqverdiyev mayın 28-də orada ölüb.