Avstriyanın baş naziri Vener Faymann hökumətdən və Sosial Demokratlar Partiyasının rəhbərliyindən istefa edib.
Xəbərnamə.info “Röyters”ə istinadən xəbər verir ki, Faymann miqrant problemi məsələsinə və partiyasının prezident seçkilərində mənfi göstəricilərinə görə, Sosial Demokratlar Partiyasının gənclər təşkilatları və müxalifət tərəfindən tənqid olunurdu.
Təxminən iki həftə öncə Sosial Demokratlar Partiyasının prezidentliyə namizədi seçkilərin ilk turunda məğlub olub. İlk turda sağçı Azadlıq Partiyasının namizədi qalib gəlib.
Bununla yanaşı, II Dünya müharibəsindən indiyə qədər Avstriya siyasətində Xalq Partiyası ilə birlikdə hakim olan Sosial Demokratlar son bələdiyyə seçkilərində də məğlubiyyətlə üzləşmişdi.