Avropada sığınacaq tapmağa çalışan miqrant və qaçqınlar üçün daha yaxşı şəraitin yaradılmasını tələb edirik.

“Biz Avropa Birliyinin miqrantlarla bağlı qərarlarına etiraz edirik”.

Yunanıstanın Kommunist Partiyası ilə əlaqəli PAME həmkarlar ittifaqının yüzlərlə üzvü Avropa Birliyinin Afinadakı ofisi qarşısını yürüş edib.

ANS PRESS-in məlumatına görə, etirazçılar NATO və Avropa Birliyinə əleyhinə şüarlar səsləndirib və Avropada sığınacaq tapmağa çalışan miqrant və qaçqınlar üçün daha yaxşı şəraitin yaradılmasını tələb edib.

Balkan ölkələrinin miqrantların sərbəst keçidini məhdudlaşdırmasından sonra, 32 mindən çox qaçqın və məjburi köçkün Yunanıstan sərhədində əlacsız vəziyyətdə qalıb. Onlardan 13-14 minə yaxını İdemoni şəhərindəki müvəqqəti düşərgələrdə qalır.

“Bu gün biz Avropa Birliyinin miqrantlarla bağlı qərarlarına etiraz edirik. Yunan hökümətimages (33)inin də razılaşdığı həmin qərarlarla minlərlə qaçqın və miqrantı tələyə salacaqlar. Onlar Avropa ölkələrində böyük çətinliklərlə üzləşir”, – həmkarlar ittifaqı üzvü Vasilis Stamoulis bildirdi.

“Əllərində körpələri olan qadınlar, hamilə qadınlar yağışda – qarda yüzlərlə kilometr məsafəni piyada gedir. Onlar üçün heç bir şərait yaradılmır. Onlar demək olar ki, özlərinə yemək tapa bilmir, şəxsi gigiyena üçün heç bir şəraitləri yoxdur. Biz onlara normal şəraitin yaradılmasını tələb edirik”, – Qadın Federasiyasının prezidenti Merini Stefanidi dedi.

Aksiya iştirakçılar eyni zamanda NATO gəmilərinin dərhal Egey dənizində çıxmasını tələb edib. NATO-nun baş katibi  Yens Stoltenberq  fevralın 11-də  miqrant qaçaqmalçılığını dayandırmaq məqsədilə Türkiyə-Yunanıstan arasında olan Egey dənizi sularına NATO gəmilərinin göndərilməsinə göstəriş verib.  NATO gəmiləri Avropa Birliyinin sərhəd xidməti olan Frontekslə əməkdaşlıq edir.