Bloger Mehman Hüseynovun həbsi beynəlxalq və yerli təşkilatların reaksiyalarına səbədb olub. Bəyanatlarda blogerin həbsi pislənir və azadlığa buraxılması tələb edilir.
Avropa Şurası insan hüquqları üzrə komissar Nils Mujnieks Tvitterdəki mikrobloqunda bloger Mehman Hüseynovun barəsində hökmü pisləyib.
O, hakimiyyəti tənqid edənlərə qarşı repressiyalaya son qoymağa və blogeri azad etməyə çağırıb.
“Sərhədsiz Reportyorlar” təşkilatı da analoji reaksiya verərək M.Hüseynovun dərhal azadlığa buraxılmasını tələb edib.
Beynəlxalq hüquq-müdafiə təşkilatları koalisiyası Mehman Hüseynovun işi üzrə ümumi bəyanat hazırlayırlar. Bu barədə onlar sosial şəbəkələrdə məlumat yayıb