Avropa Şurasından Yalçın İmanova dəstək.

yalcin-imanov2

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Nils Muijnieks Yalçın İmanovun müdafiəsinə qalxdı.Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Nils Muijnieks Azərbaycan Vəkillər Kollegiyasının Yalçın İmanovla bağlı qərarından narahat olduğunu bildirib. Onun yaydığı açıqlamada deyilir:

“Mən Azərbaycan Vəkillər Kollegiyasının qərarı ilə Yalçın İmanovun səlahiyyətlərini müvəqqəti dayandırılmasından və müvəqqəti dayandırılmasından və ittiham qaydasında onunla bağlı məhkəməyə müraciət olunmasından narahatam. Azərbaycanda fəaliyyət göstərən hüquqşünas Yalçın İmanov insan hüquqlarının qorunmasında iştirak edir”