Noyabrın 28-də Avropa Parlamentinin PANA komitəsində (çirkli pulların yuyulmasına, vergi ödənişindən yayınmaya qarşı mübarizə üzrə komitə) beynəlxalq jurnalist şəbəkəsinin “Çirkli pulların yuyulması: NLB maliyyə qrupu, “Azərbaycan landromatı” adlı araşdırmaları ilə bağlı ictimai dinləmələr keçirilir.Avropa Parlamentinin saytında yer alan məlumata görə, dinləmələr iki paneldə keçiriləcək və maraqlı tərəflərin nümayəndələri dinləmələrə dəvət olunacaq.İştirakçılar Sloveniyanın NLB maliyyə qrupunun fəaliyyəti ilə bağlı çirkli pulların yuyulması faktlarını müzakirə edəcəklər.Həmçinin, beynəlxalq OCCCR şəbəkəsinin “Azərbaycan landromatı” araşdırması müzakirə predmeti olacaq. Müəlliflərin iddiasına görə, 2012-2014-cü illərdə Azərbaycanda jurnalistlərin və fəalların həbsləri baş verərkən ölkədən yuyulmaq üçün 2,5 mlrd. avro (2,8 mlrd. dollar) çıxarılıb. Bu vəsait yüksək vəzifəli məmurların daşınmaz əmlak və dəyərli əşyalar almasına, habelə Qərbdə hakimiyyətin maraqlarını təşviq etmək məqsədilə Avropalı siyasətçilərin cəlb edilməsinə xərclənib.
Related Posts
Saleh Məmmədov “Azərbaycan Norveç olacaqdı, Nigeriya oldu…”
- admin
- 10/11/2017
- 0
“Son iki ildə ölkəmizin beynəjxalq qiymətləndirmə üzrə iqtisadi potensial iki dəfə azalıb, və geriləmə davam […]

“Rəsmi Tehranın hərəkətləri təxribat xarakterlidir və regionda gərginliyin artmasına xidmət edir”.
- admin
- 12/03/2016
- 0
İranın ballistik raketləri sınaqdan keçirməsi ilə əlaqədar ABŞ martın 14-də BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb. […]

Orta məktəb müəllimlərinin diplomları yığılır.
- admin
- 14/04/2017
- 0
Təhsil Nazirliyi orta məktəblərdə işləyən müəllimlərin diplomlarını yığmağa başlayıb. Proses 1992-ci ildən indiyə kimi unversitet […]