Avropa Parlamenti “Panama sənədləri”nin araşdırılması ilə məşğul olan komissiya yaradacaq. Komissiyanın əsas vəzifəsi – çirkli pulların yuyulması və vergidən yayınma ilə mübarizədir. Mayın 4-də komissiyanın tam səlahiyyətləri müəyyən ediləcək və bundan sonra o işə başlaya biləcək. Bunun üçün 188 deputatın səsi lazımdır.