Avropa Parlamenti Azərbaycanla sazişi müzakirə edəcək

avroparlament1Azərbaycan-Avropa İttifaqı çərçivə sazişi Avropa Parlamentinin iclasının gündəliyinə salınıb. Qurumun saytında yer alan xəbərə görə, iyulun 4-dən 7-dək Strasburqda Avropa Parlamentinin növbəti plenar sessiyası keçiriləcək. Avropa İttifaqı-Azərbaycan çərçivə sazişi iyulun 6-da müzakirə olunacaq.

Qeyd edək ki, rumıniyalı parlamentar Nikolai Norikanın müəllifi olduğu “Aİ-Azərbaycan çərçivə sazişi: Azərbaycanın Aİ proqramlarında iştirakı ilə bağlı əsas prinsiplər” adlı sənəd iyunun 16-da plenar sessiyada müzakirə olunması üçün Xarici Əlaqələr Komitəsində oxunuşdan keçib (APA).