Avropa İnsan Haqları Məhkəməsinə göndərilən şikayət məktubları artıq tez-tez itir.

Vəkil Elçin Sadıqovun  verdiyi məlumata görə, həbsdə olan gənc fəal Bayram Məmmədovla bağlı Avropa İnsan Haqları Məhkəməsinə göndərilən şikayət məktubu itib.%d0%b7%d0%b0%d0%b3%d1%80%d1%83%d0%b6%d0%b5%d0%bd%d0%be-6

Vəkil: Azərbaycan hökuməti bunu artıq tez-tez edir.Azərpoçt” RR0028283316AZ saylı məktubu “itirib”. Belə ki, elektron izləmə zamanı müəyyən etdik ki, eyni gündə göndərilən başqa bir məktub Avropa İnsan Hüquqları Məhkəməsinə çatdırılsa da, Bayram Məmmədovun şikayəti qəsdən göndərilməyib və sistemdə görünmür. O, “Azərpoçt”u ittiham edib.

Vəkilin deməsinə görə, Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayət B.Məmmədov haqqında həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı olub.

“Azərpoçt”dan məktubun qəsdən “itirilməsi” barədə deyilənlərin doğru olmadığını bildiriblər.

“Texniki səbəblərdən hansısa məktubun itməsi, mənzil başına gec çatması baş verə bilər. Bunlar bütün dünyada poçt işinin tərkib hissəsidir. Konkret məktuba gəldikdə isə, kiminsə şikayəti varsa, poçta rəsmi sorğu verib araşdırma aparılmasını istəyə bilər. Bizə qeyd olunan məktubla bağlı hər hansı rəsmi sorğu verilməyib”, deyə bildiriblər.