ATƏT nümayəndəsi jurnalistin qətli ilə bağlı məhkəmə qərarını alqışlayıb.

 

ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç jurnalist Rasim Əliyevin qətlində təqsirləndirilən şəxslərə verilmiş hökmü alqışladığı barədə bəyanatla çıxış edib.
 img2044479
APA-nın ATƏT-in saytına istinadən verdiyi xəbərə görə, Miyatoviç həmçinin bir sıra jurnalist, insan haqları müdafiəçilərinin prezidentin 17 mart tarixli əfv fərmanı ilə azadlığa buraxılmasını da müsbət  qiymətləndirdiyini bəyan edib.
Miyatoviç rəhbərlik etdiyi qurumun media azadlığı və jurnalistlərin təhlükəsizliyi istiqamətində Azərbaycan hökuməti ilə əməkdaşlığa hazır olduğunu qeyd edib.