AŞPA həmməruzəçisi hakimiyyəti seçki ərəfəsində ifadə azadlığını təmin etməyə çağırıb

AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak Azərbaycan hakimiyyətini 11 aprel prezident seçkiləri ərəfəsində ifadə azadlığının təmin olunmasına çağırıb.

Bu barədə o, Twitter-dəki mikrobloqunda yazıb.images_cms-image-000039847

Hazırda dövlət başçısı İlham Əliyev də daxil olmaqla, prezidentliyə 7 namizəd qeydə alınıb.

Üç nəfərin – Sərdar Cəlaloğlu (Demokrat Partiyasının sədri), Əli Əliyev (Vətəndaş və İnkişaf Partiyasının rəhbəri), Tural Abbaslı (Ağ Partiyanın sədri) namizədliyinə MSK-da baxılır.

Aparıcı müxalifət partiyaları seçkini boykot etdiklərini bildiriblər.