Yay “transfer pəncərəsi”ndə “Qarabağ”a transfer olunan isveçli hücumçu Samuel Armenterosun türkiyəli meneceri Serkan Kulüp yerli mətbuata açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, o bildirib ki, Samuel Armenteros Türkiyə və Rusiyadan təklifləri olduğu halda Azərbaycana gəlib. İsveçli forvardın agenti müştrəsinin “Sivasspor” və “Krılya Sovetov”un təklifini “Qarabağ”a görə geri çevirdiyiniz deyib: ““Sivasspor” və “Krılya Sovetov” Armenterosu heyətində görmək istəyirdi. Amma o, “Qarabağ”ı seçdi və fikrimcə, karyerası baxımından düzgün etdi. Samuel pulu fikirləşsəydi, “Sivasspor” və “Krılya Sovetov”da oynayardı”.
xebername.info