“İndi bizim acılarımızı paylaşma zamanı. Təpkinizi göstərin”
Türkiyənin tanınmış futbolçusu, hazırda “Barcelona” komandasında oynayan Arda Turan Ankaradakı terrorla bağlı dünya liderlərinə çağırış edib. İdmançının instaqram səhifəsindən paylaşdığı çağırış böyük maraq doğurub və rekord həddə reaksiya qazanıb.
Arda Turan bir müddət əvvəl Parisdə baş vermiş terror zamanı dünya liderlerinin oraya gedərək birgə yürüməsindən çəkilən bir fotonu belə bir mətnlə paylaşıb:
“İndi bizim acılarımızı paylaşma zamanı. Bütün dünyaya səslənirəm. Bu sadəcə bizim problem deyil, sənin, mənim, hamımızındır. Terrora qarşı tək vücud olma zamanı. Biz bu dünya üzərində torpağa düşən hər can üçün göz yaşı tökdük. Acılar sizin coğrafiyanı sardığı zaman sizlərlə bərabər üzüldük. İndi o öyündüyünüz mədəniyyətin gərək olanını edin və ayağa qalxın. Çünki insanın dəyərini bəlirləyən yaşadığı coğrafiya deyil. Biz sizin acılarınızda əlimizi uzatdık, bərabər ağladıq. İndi mənim ölkəmdə heç bilmədiyiniz evlərdə analar, atalar, qardaş və bacılar, həyat yoldaşları ağlayır. Təpkinizi indi göstərin. Mən Türkiyə Cümhuriyyətini təmsil edən idmançı olaraq gözləyirəm bunu. Hamımız gözləyirik. Çünki bu, sadəcə bizim acımız deyil. Terror sadəcə bizim terror deyil”.