Aralıq dənizində 700-dən çox miqrant itkin düşüb

Son həftə ərzində miqrant və qaçqınları daşıyan qayıqlar çərşənbə, çümə axşamı və cümə günləri qəzaya uğrayıblar.

BMT-nin Qaçqınlar üzrə Agentlyinin (UNHCR) təxminlərinə görə, son 3 gün ərzində Aralıq dənizində böyük ehtimalla 700-dən çox adam həlak olub.

UNHCR nümayəndəsi Carlotta Sami-nin sözlərinə görə, son həftə ərzində miqrant və qaçqınları daşıyan qayıqlar çərşənbə, çümə axşamı və cümə günləri qəzaya uğrayıblar.

“Biz hələ tam əmin deyilik, lakin çox güman ki, 700 insanın hamısı dənizdə batıb”, UNHCR nümayəndəsi bildirib.

Aralıq dənizində miqrantları daşıyan qayıqlar bir neçə dəfə qəzaya uğrayıb.

Qəza hadisələrindən birində 500 nəfəri, digərində isə 88 nəfəri xilas etmək mümkün olub.

BMT Qaçqınlar üzrə Ali Komissarı idarəsindən verilən məlumata əsasən, bu ilin əvvəlindən Aralıq dənizində təxminən 40 min miqrant xilas edilib.

Təkcə son həftə ərzində təxminən 5600 miqrant və qaçqın xilas olunub.