Aqşin Qurbanzadə: Baş verənlər onu göstərir ki, ölkədə diktatura rejimi hakimdir.

Müsahibimiz İsveçrədə mühacirətdə olan və bu yaxınlarda onun fəaliyyətinə görə atasının sıxışdırılmasıyla bağlı məlumat yayılan ictimai fəal Aqşin Qurbanzadədir.

-Aqşin bəy, qısaca məlumat verərdiniz. Sosial şəbəkələrdə yayılanlar doğrudurmu? – Təəssüf ki, bu gün Azərbaycanda40088291_2251825608396841_6074184981863727104_n  quldur bir rejim hakimiyyətdədir və onlar günahsız adamları həbs etməklə məşğuldurlar. Bəli, mənim “diktatoru tanıdaq” aksiyasına qoşulmağıma görə atam iki dəfə polis idarəsinə aparılıb və orada saatlarla təzyiq altında olub, bəlkə işgəncə alıb deyə bilmərəm. Mənə evdən deyirlər ki, hər şey yaxşıdır. Sağ olsun dostlarım ki, bu barədə məni və ictimaiyyəti məlumatlandırıblar. Çünki, bizimkilər təzyiq altında olduğundan bunu edə bilməyəcəkdilər. Iki il bundan əvvəl də Bern şəhərində baş tutumuş mitinq zamanı da oxşar şey baş vermişdi. Və mən bilirəm ki, ara-sıra da polislər mənim dinc durmağımla bağlı valideynlərimə xəbərdarlıq edirlər.

-Baş verənlərlə bağlı nə fikirləşirsiniz?-Mənim atam yaşlı adamdır. Onun saatlarla polisdə qalması sadəcə vəhşilikdir. Həm də başqasının etdiyi əmələ görə. Dediklərimi nəzərə alsaq belə çıxır ki, bu lkədə diktatura rejimi hakimdir. Lakin, mənim kimisi tək deyil, həbsxanada yatanlar var. Qiyas, Bayram, Gözəl xanım, İlqar Məmmədov, Fuad Qəhrəmanlı və s. Buna görəDiktator_shortscreen də günahsız insanların azad edilməsi yolunda həmişə mübarizə aparacam. Həm də Azərbaycanda korrupsiyalaşmış quldur rejimi dünyaya göstərmək lazımdır. Bu da bizim üzərimizə düşən vəzifələrdəndir.