Avropa Şurasının Parlament Assmableyasında hazırkı prezident Pedro Aqramuntdan İspaniya kralı VI Felipenin səfərindən əvvəl istefa ərizəsialmaq istəyirlər. Bu, onun aprelin 28-də istefasını elan etmək üçün zəmanət kimi istənilib.
Bu barədə AŞPa-nın vitse-prezidenti Georgiy Loqvinski məlumat verib. “Sosialistlər Aqramuntun imzaladığı bəyanatı görmək istəyir, bu,onun aprelin 28-də sözünün üstündə durması üçün zəmanətdir. Əks halda onlar kralın çıxışın pozacaqları ilə hədələyirlər”, – deyə o qeyd edib.
Məlumdur ki, Aqramunt kralın səfərinə qədər istefasını elan etməməyi xahiş edib.