Aqramunt istefa qərarı verdi.

AŞPA prezidenti Pedro Aqramunt Assmableyaya İspaniya kralı IV Filipenin gəlişindən sonra könüllü şəkildə istefaya gedəcək. Ona qədər isə Aqramunt sessiya zalına girə bilməz. Yalnız  kral zala gələn zaman onun yanında ola və assambleyanın prezidiumunda onu dinləyə biləcək. Daha sonra Aqramunt kralı vətəninə yola salacaq, sessiyanın bağlanışından sonra isə Büroya gəlib istefasını elan edəcək.