Türkiyənin paytaxtı Ankarada ötən həftə törədilən teraktı həyata keçirən şəxslərin kimliyi ilə bağlı hər gün yeni məlumatlar yayılır. sözcü xəbər verir ki, bədənlərinə partlayıcı bağlayaraq “Gənclik” meydanında özlərini partladan şəxslərdən birinin adı avqust ayında qəzetlərdə çap edilibmiş. Belə ki, “Sözcü”nün müxbiri Kamil Əlibol avqustda yazdığı xəbərdə gələcəkdə ola biləcək terror aktlarında iştirak edəcək şəxslərin siyahısını yazıb və həmin şəxsin adını da bura daxil edib.
Polisdəki mənbədən “Hürriyət”ə bildirilib ki, terror aktını törədənlərdən biri həqiqətən daha əvvəldən kəşfiyyat orqanlarına məlum olub. Adıyamanda qeydiyyatda olan bu şəxsin İŞİD-lə sıx əlaqələri olub və Suriyaya gedərək orada partlayıcılarla bağlı təlim keçib. Daha sonra qanunsuz yolla Türkiyəyə daxil olan bu şəxs izini itirə bilib və partlayış gününə kimi yaxalanmayıb.
Hüquq-mühafizə orqanları ikinci “canlı bomba”nın kimliyini isə hələ ki dəqiqləşdirə bilməyib. Bu şəxsin əcnəbi olması variantı hər gün daha da güclənir.
xebername.info