Ankarada daha bir dəhşətli terror aktı törədilib

Ən son məlumata görə, Ankaradakı terror nəticəsində 34 nəfər ölüb. Türkiyənin səhiyyə naziri Müəzzinoğlu açıqlama verib ki, hazırda xəstəxanalarda partlayış nəticəsində xəsarət alan 125 nəfər var. Onlardan 19-un vəziyyəti ağırdır. 7 yaralı əməliyyata alınıb. Ölənlərə gəlincə, 30 nəfər hadisə yerində həyatını itirib. 4 nəfər isə xəstəxanalarda dünyasını dəyişib.56e5a24b67b0a959a495215b (1)

Hadisə barədə məlumat verən “Reuters” agentliyi Türkiyənin adını gizli saxlayan təhlükəsizlik rəsmisinə istinadla bildirib ki, ilk şübhələr PKK və ya onun adı altında fəaliyyət göstərən solçu təşkilatlardan biri üzərinə yönəlir. “Belə görünür ki, bu terroru PKK , ya da PKK adı altında bir solçu təşkilat törədib. Bu, təsdiqlənmiş məlumat deyil, ilkin qənaətdir. Bunu kimin etdiyini dəqiq müəyyənləşdirmək üçün yüksək səviyyədə güvənlik dəyərləndirmələri aparılır. Baş nazir Davudoğlunun yanında keçiriləcək təhlükəsizlik zirvəsində bu bilgilər də nəzərdən keçiriləcək”, – deyə mənbə bildirib.

Bu arada məlumat verirlir ki, baş nazir Davudoğlunun sədrliyi ilə aidiyyatı qurumların və təhlükəsizliyə cavabdeh məmrların iclası keçirilir.

Ankaradakı terrorla bağlı Türkiyə hökumətinə başsağlıqları verirlir. İlk başsağlığı verənlər sırasında Rusiya prezidenti Vladimir Putin də var. Avropa Şurasının baş katibi Yaqland, Azərbaycan prezidenti İlham Əliyev, ABŞ-ın Ankaradakı səfiri Con Bas, İngiltərə baş naziri Devid Kameron, eləcə də bir sıra başqa dövlətlərin hökumətləri Ankaradakı terroru lənətləyib və Türkiyəyə dəstəklərini ifadə ediblər.

***

İlkin məlumata görə, partlayış bomba yerləşdirilmiş avtomobildə baş verib. Avtomobil, bələdiyyə avtobusuna çırpıldıqdan sonra partlayış baş verib. Partlayış baş verən avtomobilin uzun müddətdir axtarışda olduğu bildirilir.

***

Ankara valiliyindən verilən açıqlamada partlayış zamanı 27 nəfərin oldüyü, 75 nəfərin isə yaralandığı bildirilir. Ölənlərdən 5 nəfəri hadisə yerində, 22 nəfər isə xəstəxanada dünyasını dəyişib.