AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Almaniya Federativ Respublikasının (AFR) Kansleri Angela Merkel 9-cu dəfə – daha iki il müddətinə hakim «Xristian-demokratik ittifaqı» (XDS) partiyasının sədri seçilib. Xəbəri çərşənbə axşamı «Bild» qəzeti yayıb.
Seçkilərin gedişi zamanı Merkelə qurultay nümayəndələrinin 89,5 faizi səs verib. Qurultay Essen şəhərində (Şimali Reyn-Vestfalliya torpağı) keçirilib.
XDS üzvləri arasında Merkel ən çox dəstəyə 2012-ci ildə nail olub. O zaman xristian-demokratların 98,0 faizi Merkelə səs vermişdi.