Almaniya kansleri Angela Merkel, Avropa İttifaqı Şurasının rəhbəri Donald Tusk və Avropa Komissiyası sədrinin birinci müavini Frans Timmermans aprelin 23-də Türkiyəyə səfər edəcək.
Bu haqda Almaniyanın rəsmi hökumət nümayəndəsi Şteffen Zaybert keçirdiyi brifinqdə bildirib.
“Avropa İttifaqı Şurasının rəhbəri Donald Tusk, Avropa Komissiyası sədrinin birinci müavini Frans Timmermans şənbə günü Türkiyəyə, Qaziantepə səfər etməyi planlaşdırırlar. Angela Merkel də Türkiyəyə gedənlər arasında olacaq. Səfərin təfərrüatı barədə əlavə məlumat verəcəyik” – deyə Zaybert bildirib.
Bir qədər əvvəl isə Avropa Birliyinin mətbuat xidmətindən bildirmişdilər ki, martın 18-də Brüsseldə miqrasiya üzrə razılaşmanın müzakirəsi keçiriləcək.