Angela Merkel üçün çətin seçim

Moderator.az xəbər verir ki, Almaniyada bu gün üç şəhərdə seçki keçirilir. Seçki Baş nazir Angela Merkelin sığınacaq axtaran şəxslər siyasəti üçün də etimad səsverməsi xüsusiyyəti daşıyır.загружено (10)
Almaniyanın Baden-Vürttemberg, Rheinland-Pfalz və Saksoniya-Anhalt əyalətində təxminən 13 milyon seçici əyalət məclisi seçimi üçün sandıq başına səsvermə üçün gedir.
Nəticələr yalnız yerli deyil, federal səviyyədəki siyasətə də təsir edəcək. Seçkinin Almaniya Baş naziri Angela Merkelin sığınacaq axtaran şəxslər siyasəti üçün də imtahan xarakteri daşıdığı deyilir.
Sığınacaq axtaran şəxslər əleyhdarı siyasəti müdafiə edən “Almaniya üçün Alternativ” partiyasının xallarını artırması gözlənilir. Çünki Baş nazir Angela Merkelin sığınmacılar üçün açıq qapı siyasəti ölkədə ciddi şəkildə tənqid olunur.
Xatırladaq ki, son bir ildə 1 milyondan çox sığınacaq axtaran şəxslər Almaniyaya gəlib.