Almaniya kansleri Angela Merkel dördüncü dəfə seçkilərə qatılacağını deyib, mühafizəkar partiya üzvləri bildirib.
62 yaşlı xanım Merkelin bu barədə bazar günü Xristian Demokratik Birliyi partiyasının mənzil-qərargahında açıqlama verəcəyi bildirilir.
Almaniyada ümümxalq seçkiləri gələn il baş tutacaq.
Rəy sorğularında xanım Merkelin reytinqləri aşağı düşsə də, onu dəstəkləyənlər hələ də az deyil.
O bu ilin əvvəlində regional seçkilərdə uduzub və populist sağçı AfD partiyasının tənqidləri ilə üzləşib.
Sorğuların nəticələrindən sonra o bildirib ki, bir neçə ştatda uduzmağına görə məsuliyyəti qəbul edir.
O 2005-ci ildən Almaniyaya rəhbərlik edir.
Almaniya qanunları istənilən şəxsin istənilən qədər rəhbər vəzifəyə seçilməsinə məhdudiyyət qoymur.