Amnesty İnternational: Karimovdan sonra da “repressiv rejim” dəyişməyəcək

“Amnesty International” təşkilatına görə, Özbəkistanın “repressiv rejiminin” ölkə prezidenti İslam Karimovun ölümündən sonra da dəyişəcəyi ehtimal olunmur.
İslam Kərimovun ölüm xəbərlərinin fonunda , Avropa və Mərkəzi Asiya üzrə London qrupunun direktor müavini Denis Krivosheev sentyabrın 2-də bildirib ki, Kərimovun yaxın çevrəsində müxalif fikirlərə tolerantlıq göstərilmədiyi üçün onun davamçısının da çox guman ki, həmin çevrədən kimsə olacağı ehtimal olunur.
“Kərimovun 27 illik uzunmüddətli hakimiyyəti dövründə hüquq və azadlıqlara çox böyük etinasızlıq göstərilib, istənilən müxalif fikir vəhşicəsinə yatırılıb, habelə, işgəncə və ihəbslər ölkənin ədliyyə sisteminin ayrılmaz hissəsinə çevrilib,” Krivosheev bəyanatında deyir.
“Ölkədə ədalətin hər hansı bir görüntüsü dərin siyasi dəyişikliklər və Özbəkistanın beynəlxalq əməkdaşlarından son illərdə tamamilə çatışmayan yeni prinsipial yanaşma tələb edəcək”- deyə əlavə edib.