AMİP sədrinin sabiq müavini, iş adamı Vaqif Musayev azadlığa buraxılıb.

vaqif musayev3 ildir ki, Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə həbsdə saxlanılan AMİP sədrinin sabiq müavini, iş adamı  Vaqif Musayev azadlığa buraxılıb. Bu barədə Musayevə yaxın  mənbələr məlumat verib. Xatırladaq ki, həbsdə olduğu müddət ərzində ürək əməliyyatı keçirən Vaqif Musayevin səhhəti də normal olmayıb. Buna baxmayaraq, ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan ən ağır cəza təyin edilib. O, dəfələrlə, vaxtından qabaq azadlığa çıxmağa çalışsa da onun bu istəyi rədd edilib. (gununsesi.info)