Amerikalılar prezident Donald Trampın xanımı Melaniya Trampın Nyu-Yorkdan Vaşinqtona köçməsini tələb edirlər.
Bu tələblə hazırlanan petisiyanı artıq 500 mindən artıq insan imzalayıb.
Etirazçılar hesab edir ki, xanım Trampın Nyu-Yorkda – “Trump Tower”də qalma xərcləri həddən artıq yüksəkdir. Və xərclərin yükünü vergiödəyiciləri daşımalı olur.
Amerikalıların fikrincə, bu xərclər dövlətə heç bir fayda gətirmir və mütləq şəkildə “qayçılanmalıdır”.
“Melaniya Tramp ya Ağ Evdə yaşasın, ya da xərclərini özü ödəsin” başlıqlı petisiya “Change.org” saytında dərc olunub.
ABŞ KİV-lərin məlumatına görə, “Trump Tower”in gündəlik mühafizə xərcləri 146 min dollara yaxındır.